"Panatinaikos" basketbol klubu yoldaşlıq görüşündə "Makkabi" ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Kiprdə keçirilən matçda açılan pankart matçda öz izini qoyub.
Matçın son hissəsində, oyunun bitməsinə 9 dəqiqə 22 saniyə qalmış zalda açılan qalmaqallı pankart müzakirələrə səbəb olub.
Kipr Sülh Hərəkatının 50-ci ildönümündə tribunalarda açılan “Türklərdən Qanlı Kipr işğalı” yazılmış pankart sosial mediada böyük əks-sədaya səbəb olub.
Nikosiyadakı matçın son rübündə "Panatinaikos"un baş məşqçisi Ergin Ataman əsəblərini cilovlaya bilməyib və hakimlərə sərt reaksiya verib. Ataman sərt etirazlarından sonra oyundan qovulub.
Heyətdə Türkiyə millisinin basketbolçuları Cedi Osman və Ömər Faruk Yurtsevenin də yer aldığı “Panatinaikos” qarşılaşmada 88:75 hesabı ilə məğlub olub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri