"Qalatasaray"ın sabiq idman direktoruna Azərbaycanda vəzifə verilib
10.07.2024 - 22:05
"Qalatasaray"ın sabiq idman direktoruna Azərbaycanda vəzifə verilib

Azərbaycan Basketbol Federasiyasından (ABF) yeni təyinat rəsmiləşib.

Apasport.az xəbər verir ki, ABF-in Rəyasət Heyətinin qərarına əsasən basketbol meneceri Turqay Zeytingöz ABF-in idman direktoru vəzifəsinə təyin olunub.

Türkiyəli mütəxəssislə iki illik müqavilə imzalanıb. Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq. O, 2021-2023 -cü illərdə "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışıb.

Turqay Zeytingöz 2011-2017 -ci illərdə Türkiyənin gənclərdən ibarət millisinin idman direktoru vəzifəsində çalışıb. Onun fəaliyyəti dövründə ölkə yığması bir dəfə Avropa çempionu olub, iki dəfə isə 3-cü yeri tutub. O həm də, 2010-cu ildən etibarən "Banvit" basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O 10 il davam edən "Banvit" karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. "Banvit" in ikinci komandası "Bandırma Kırmızı" ilə ikinci liqada çempionluq (2011), "Banvit" ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.

0