"Matça yaxşı hazırlaşmışdıq. Ağır görüş olacağını bilirdik".
Apasport.az xəbər verir ki, bunu "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XVI turunda "Gəncə"yə məğlubiyyəti şərh edib:
"Əslində, yaxşı da oyun göstərdik. Sadəcə qırılma nöqtələri oldu. Əlimizdən gələni etdik. Simeon Kirklandın olmaması da öz təsirini göstərdi. "Gəncə"nin gücünü yaxşı başa düşürdük. Sona qədər mübarizə apardıq. Amma sonda istədiyimiz nəticəni əldə edə bilmədik. Təəssüf ki, bu cür nəticə qeydə alındı. Oyunun videosuna baxıb, analiz edəcəyik. Çalışacağıq ki, növbəti görüşdə qələbə qazanaq. Lakin çətin olacağı da dəqiqdir. Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq".
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri