"Quba"nın baş məşqçisi: "Mövsümün əsas hissəsi qarşıdadır"
18.12.2024 - 19:55
"Quba"nın baş məşqçisi: "Mövsümün əsas hissəsi qarşıdadır"

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının VII turunun "Gəncə" ilə matçından sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bölüşüb:

"Rəqibin heyətinin geniş olması öz işini gördü. Təəssüf ki, yenə uduzduq. Yenə üç hissə mübarizə apardıq. Təbii ki, bunun səbəbi var. Rəqibin heyətinin geniş olması öz işini gördü. Bizim oyunçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə heç olmasa 6 legioner olsa, yaxşıdır. Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı qoruya bilmədik. "Gəncə" də yaxşı oynadı. Müdafiədə əla oynadılar. Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq sözünü dedi. Hər halda, işləməyə davam edəcəyik. Mövsümün əsas hissəsi qarşıdadır. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, B qrupunda baş tutan "Quba" - "Gəncə" görüşündə qonaqlar 95:78 hesablı qələbə qazanıblar.

0