"Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
22.05.2024 - 17:17
"Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub

Basketbol üzrə Avroliqanın "Final Four" həyəcanı Berlində davam edir. 

Apasport.az xəbər verir ki, bir tərəfdə “Real Madrid” və “Olimpiakos”, digər tərəfdə isə “Panatinaikos” və “Fənərbaxça” finala çıxmaq üçün mübarizə aparacaq.

İspaniya nəhəngi Avroliqanın cari mövsümündə 27 qələbə və 7 məğlubiyyətlə üzləşib . Onlar bu 7 məğlubiyyəti 6 komandadan alıblar.

“Monako”, “Panatinaikos”, “Barselona”, “Armani Milano” və “Bakoniya”ya bir dəfə uduzan “Real Madrid” bu mövsüm “Fənərbaxça” qarşısında 2 dəfə məğlub olub.

Beləliklə, "Real Madrid"in bu mövsüm qazana bilmədiyi tək komanda "Fənərbaxça Beko" olub. Normal mövsümün ilk yarısında 17 matçda 16 dəfə qalib gələn "Real Madrid"in yeganə məğlubiyyəti "Fənərbaxça" qarşısında alıb. 

0