“Oyuna yaxşı başladıq. Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik”.
Apasport.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis “Xırdalan” üzərində qazanılan 101:85 hesablı qələbəni şərh edib: “Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı deyil. Arxayınlaşmaq olmaz. "Xırdalan" seriyanı üçüncü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma biz də bu təzyiqə hazır olmalıyıq”.
Qeyd edək ki, komandalar arasında seriyanın 2-ci oyunu mayın 10-da olacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri