Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"
29.04.2025 - 17:56
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin “Şəki” ilə oyununu (96:72) dəyərləndirib.
“Qələbəyə görə şadam. Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamağımıza baxmayaraq təmkinli çıxış etdik. Nəticə və sərgilənən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.
Qeyd edək ki, “Sabah” yarımfinalda “Şəki” ilə hər görüşdə qalib gələrək finala yüksəlib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0