19 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ikinci oyunu baş tutub. "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının ikinci oyununa son çempion fəal başlayıb.
Apasport.az xəbər verir ki, oyunun əvvələrindən rahat şəkildə üstünlüyü ələ keçirən "Sabah", yekunda 94-63 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Sabah" final seriyasında hesabı bərabərləşdirib 1-1.
Ən məhsuldar basketbolçular: "Sabah" (Artyoms Butyankovs - 21 xal, 6 asist), "Xəzri" (Amil Həmzəyev - 21 xal, 7 ribaund)
Qeyd edək ki, final seriyasının üçüncü oyunu 22 may tarixində keçiriləcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri