“Sabah” “Neftçi”nin üzvünü transfer ETDİ
28.06.2025 - 09:20
Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək “Sabah” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Kamran Məmmədovla danışıqları müsbət yekunlaşdırıb.
2022/2023 mövsümdə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olan Azərbaycan millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Məmmədov ötən mövsümü “Neftçi”də oynayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0