"Sabah" FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın "Spiru" komandası ilə üz-üzə gəlib.
Şarlerua şəhərindəki "Dome Şarlerua" arenasında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənib. İlk periodda təmsilçimiz üstün olub. İkinci çəyrəkdə isə meydan sahibləri önə keçib. Üçüncü periodda yenidən üstün olan "bayquşlar" sonluqda qələbəni əldən verib.
FIBA Avropa kuboku
Qrup mərhələsi, G qrupu
I tur, 9 oktyabr
“Spirou” (Belçika) – “Sabah” (Azərbaycan) - 82:81 (24:26, 25:16, 18:20, 15:19)
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri