“Sabah” və “Neftçi” yarımfinalda
21.04.2025 - 21:24
“Sabah” və “Neftçi” yarımfinalda

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün ikinci oyunlar çərçivəsində matçlar keçirilib.

“Sərhədçi” İdman Mərkəzində eyniadlı komanda “Sabah”ı qəbul edib. Bu görüşdə təcrübəli qonaqların üstünlüyü ilə keçib. Son çempion seriyanın ikinci görüşünü də qalib başa vuraraq, yarımfinala yüksəlib.

“Ordu” və “Neftçi” Bakı İdman Sarayında üz-üzə gəliblər. “Hərbçilər”in seriyada hesabı bərabərləşdirmək cəhdləri uğursuz olub. Oyuna daha yaxşı başlayan komanda sonadək üstün çıxış edib. İnamlı qələbə "Ordu"nu ikinci yarımfinalçı edib.

Azərbaycan Basketbol Liqası

Pley-off mərhələsi, 2-ci oyunlar
21 aprel


19:00. “Sərhədçi” – “Sabah” - 77:100 (11:29, 21:33, 24:20, 21:22)
Sərhədçi İdman Mərkəzi
Seriyada hesab – 0:1

19:00. “Ordu” – “Neftçi” - 54:88 (11:22, 7:18, 11:24, 25:24)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

Qeyd edək ki, ikinci oyunlara sabah yekun vurulacaq.