“Sabah” basketbol klubu bu gün növbəti avrokubok matçına çıxıb.
Apasport.az xəbər verir ki, son ölkə çempionu FİBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.
Rimas Kurtinaytisin yetirmələri fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar önə keçməyi bacarıblar. Bununla da, "Sabah" növbəti matçında da uduzub.
Qeyd edək ki, G qrupunun digər oyununda “Spirou” “Nörçöppinq”i sınağa çəkəcək.
FİBA Avropa kuboku
G qrupu, V tur
6 noyabr
22:15. “Marussi” (Yunanıstan) - “Sabah” - 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro)
Marussi Saint Tomas Sarayı