“Sabah”dan növbəti uğur: Çempionlar Liqası!
14.03.2026 - 21:58
“Sabah”dan növbəti uğur: Çempionlar Liqası!

"Sabah" basketbol komandası aprelin 7-12-də Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək 18 yaşadək gənclər arasında Çempionlar Liqasında mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, 12 komanda 4 qrupda çıxış edəcək.

Dördüncü dəfə keçiriləcək yarışda ilk dəfə Azərbaycan təmsilçisi iştirakçılar sırasında yer alacaq. Püşkatmanın nəticəsinə əsasən, komanda B qrupunda mübarizə aparacaq. Bu qrupda rəqiblər "Igokea" (Bosniya və Herseqovina) və "Porsche BBA Ludwigsburg" (Almaniya) klubları olacaq.

Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək. İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.