"Sabah"dan yeni transfer
22.08.2025 - 15:34

“Sabah” sıralarını yeniyetmə və perspektivli yerli basketbolçularla gücləndirməkdə davam edir.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
2 metr boya malik 2008-ci il təvəllüdlü Hüseyn Məmmədovla 2+1 illik müqavilə imzalanıb.
Yeni transfer, həmçinin 18 yaşadək basketbolçulardan ibarət milli komandamızda oynayır.
0
0