“Sabah”dan yeni transfer
19.08.2026 - 09:51
"Sabah" basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.
O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.
Qeyd edək ki, E.Bruinsma Niderlandın "Donar" və Macarıstanın "Falko Sombathey" komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub. O, karyerası ərzində FIBA Avropa Kuboku və Çempionlar Liqası turnirlərində də mübarizə aparıb.
0
0