"Sabah"ın avrokuboklardakı növbəti rəqibi bəlli olur
26.09.2024 - 13:18
Bu gün basketbol üzrə “Europe Cup”da qrup mərhələsində Azərbaycan çempionu “Sabah”ın daha bir rəqibi müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, “Peja” (Kosovo) və “Marussi” (Yunanıstan) klubları turnirin seçmə mərhələsinin ikinci oyununa çıxacaq.Oyun saat 21:30-da başlayacaq.
Yunanıstan komandası ilk oyunda qalib gəlib (98:75).Bu cütün qalibi "Sabah"ın Avropa kubokundakı rəqibi olacaq.Hazırda “bayquşlar” üçün yalnız bir rəqib müəyyənləşib.
Rimas Kurtinaitisin rəhbərlik etdiyi kollektiv İsveçin “Nörçöppinq Delfins” klubu ilə qarşılaşacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0