"Seriyada ümumi hesab 2:2-dir. Hər şey yenidən başlayır".
Apasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis “Neftçi” ilə oyundan sonra deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü matçında qeydə alınan 66:84 hesablı məğlubiyyəti şərh edib: “Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti oyunun bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”.
Qeyd edək ki, final seriyasında hesab bərabərləşib - 2:2.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri