“Sabah”ın oyunu təxirə salındı
04.11.2023 - 12:18
“Sabah”ın oyunu təxirə salındı

Azərbaycan Basketbol liqasında II turun oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat açıqlayıb.

2-ci turun "NTD-INDIGO" və "Sabah" komandaları arasında noyabrın 5-də baş tutmalı olan oyun təxirə salınıb. Bu, "NTD-INDIGO"nun müraciəti və “Sabah”ın razılığı əsasında gerçəkləşib.

Qeyd edək ki, görüşün yeni tarixi hələ dəqiqləşməyib.
 

0