Şəhriyar Əsgərov: “Nəhayət ki, qalib gəldik”
05.02.2025 - 23:56
Şəhriyar Əsgərov: “Nəhayət ki, qalib gəldik”

"Artıq mən də məğlubiyyətdən yorulmuşdum. Dünənki məşqdə demək olar ki, yarım saat söhbət etmişik. Komandada hər şey var. Sadəcə demək olar ki, qələbə ruhu sanki itmişdi".

Apasport.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIV turunda qazanılan 90:80 hesablı qələbənin komandaya əlavə stimul verəcəyini bildirib: "Hər halda, "Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək. "Sumqayıt" çox yaxşı komandadır. Deyərdim ki, rəqiblərin gücləri eynidir. Bizi çəkindirən onların bizim üzərimizdə ağır qalibiyyət qazanması idi. Bu gün bir qədər onun əvəzini çıxa bildik. Baş məşqçi olaraq rəqiblərin gücünə bələdik. Əvvəl də demişəm ki, bu qrupda hər bir komanda digərinə qalib gələ bilər. "Gəncə"nin məşqçilər və oyunçuları buna görə məndən inciyiblər. Amma qrupumuz elədir ki, komandalar biri digərinə qalib gələ bilər. Sadəcə "Lənkəran" heyətlə bağlı problem yaşayırdı. Yoluna qoyublar və oynayırlar. Eləcə də, "Sumqayıt"ın heyəti yerindədir, məşqçi işi də görünür. Yaxşı mübarizə oldu. Qalib gəlməyimiz sevindirici haldır. Nəhayət ki, qalib gəldik və Allah qoysa, davamı da gələr".

0