"Liqadakı uğursuzluğun əvəzini kubokda kompensasiya etməyə çalışacağıq".
Apasport.az xəbər verir ki, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis "Abşeron"a qarşı bu gün keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu, fərqli turnirdir. Matça yaxşı hazırlaşmışıq. Bu mərhələ bir qarşılaşmadan ibarətdir. Bir matçla kifayətlənmək istəmirik. Məncə, şansımız da az deyil. Çünki burada "3+2" sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər".
Əsgərov rəqibi təhlil etdiklərini söyləyib:
"Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqqında düşünürük. Alınsa, çox sevinərik".
Qeyd edək ki, "Abşeron" - "Quba" görüşü bu gün, saat 19:00-da start götürəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri