"Şəki"dən növbəti transfer
10.09.2025 - 11:45
"Şəki" amerikalı basketbolçu ilə heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümün ikinci yarısını "Gəncə"də keçirmiş Malek Terill Deyvislə müqavilə imzalanıb.
1,80 metr boya malik 24 yaşlı basketbolçu daha əvvəl Çin və Litva çempionatlarında da oynayıb.
Qeyd edək ki, basketbolçu ötən mövsüm "Gəncə"nin "Şəki" ilə baş tutan 7 oyununun son 4-də meydanda olub və 44 xal toplayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0