"Şəki" basketbol klubu ardıcıl 8 qələbə qazanmaqla yeni rekord müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, komanda bununla son 3 mövsümdə heç bir kollektivin bacarmadığı nəticəyə imza atıb.
"Şəki" dekabrın 1-də Gəncədə eyniadlı kluba məğlubiyyətdən sonra uduzmayıb. Bu müddətdə keçirilən 8 qarşılaşma şəkililərin qələbəsi ilə başa çatıb.
Bedri Meriçin baş məşqçisi olduğu komanda hazırda A qrupunun lideridir və son ölkə çempionu "Sabah"la yanaşı, cari mövsümdə ən az məğlub olan komandasıdır. Bu, cəmi 2 dəfə baş verib. 2022/23 mövsümündə 2, 2023/2024 mövsümündə cəmi 1 qələbəsi olan "Şəki' cari mövsümdə artıq 10 qalibiyyətə sevinib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri