"Sumqayıt"da yeni baş məşqçi
04.09.2024 - 16:53
“Sumqayıt” klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni yeniləməyib. Əvəzində isə komandaya növbəti mövsümdən rusiyalı mütəxəssis Aleksandr Mixaylov rəhbərlik edəcək.
46 yaşlı məşqçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov”da Rusiya II Liqasının qalibi olub.
A.Mixaylov daha sonra Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Onun son iş yeri “Peresveta-YFU” (Rostov) komandası olub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0