“Sumqayıt”dan böyükhesablı qələbə
15.01.2025 - 22:16
Azərbaycan Basketbol Liqasının IX turunda "Sumqayıt" qələbə qazanıb.
Apasport.az xəbər verir ki, B qrupunun təxirə salınmış matçında "gənclik şəhəri" təmsilçisi "Quba" kollektivinə 126:90 hesabı ilə qalib gəlib.
Bu gün keçirilən əvvəlki görüşdə isə "Şəki" "Gəncə"ni 72:66 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0