“Sumqayıt”dan növbəti transfer
06.09.2025 - 13:19
"Sumqayıt" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sumqayıt təmsilçisi 28 yaşlı amerikalı oyun qurucusu Keon Klerqotla 1 illik müqavilə imzalayıb.
185 sm boya malik basketbolçu ölkəsində bir neçə komandada oynadıqdan sonra Slovakiyanın "MBK Handlova", Türkiyənin "Balıkesir" və "Ormanspor", Portuqaliyanın "Lusitanya Ekspert" və Şimali Makedoniyanın "Tikveş" klublarında forma geyinib.
Klerqot ötən mövsüm Şimali Makedoniyanın I Liqasında hər oyuna orta hesabla 11,8 xal toplayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0