"Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
21.10.2024 - 00:28
"Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"

Azərbaycan Basketbol Liqasının I turunun "Sumqayıt" - "Ordu" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis matçı dəyərləndirib:

"Əlbəttə, ilk oyunumuzda evdə qalib gəlməyi çox istəyirdik. Amma oyun bizim planlaşdırdığımız ssenari ilə getmədi.  Saadettin Donat fol problemi ilə üzləşdiyinə görə çox kənarda qaldı. Onsuz bizim işimiz çətin oldu. İstədiyim kimi rotasiya apara bilmədim. Hərçənd digər yerli basketbolçularımız Zaur Quşanovla Aleksey Kitayev pis oynamadı. Sadəcə, biz rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik. Hərçənd matçın sonlarında fərqi azaltda bilmişdik. Amma rəqibin dəqiq "üçlük"ləri hər şeyi korladı. İstənilən halda,  bu oyunu təhlil edəcəyik. Bu gün müdafiə xəttində də ciddi problemlər yaşadıq. Rəqibin 103 xal toplaması çox şeydən xəbər verir. Aqressiv oynamaq lazımdır. Bununla yanaşı, 18 faiz "üçlük"lə oynadıq, rəqibdə bu göstərici 54 oldu. Belə statistika ilə qalib gəlmək çətindir. Kaelen Meloun bu gün 38 dəqiqə meydançada qaldı, 28 xal yığdı. Digər oyunçularımız ona kömək etsəydi,  daha yaxşı olardı".

0