Azərbaycan Basketbol Liqasının II turunun "Sumqayıt" - "Lənkəran" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Aleksandr Mixaylov klubun mətbuat xidmətinə oyunla bağlı açıqlama verib.
Apasport.az mütəxəssisin fikirlərini təqdim edir.
"İkinci hissədə sərgilədiyimiz oyuna görə təəssüf hissi keçirirəm. Halbuki ilk periodda əla oynamışdıq. Rotasiya ilə bağlı problemlər yaşadıq. Komandada təravət çatışmadı. Aqressiv oynaya bilmədik. 10 xaldan artıq üstünlüyü əldən verdik. Nə hücum yaxşı idi, nə də müdafiə. Donatın zədələnib çıxması da oyunumuz mənfi təsir göstərdi. Saadettin komandamızın aparıcı yerli oyunçusudur. Əvəzetmələrin olmaması öz sözünü dedi. Onun yoxluğu bizim üçün itkidir. "Ordu" ilə matçda özünü yaxşı tərəfdən göstərən Kaelen Melounun da oyunu getmədi. Hər nə isə, bizi bu gün dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm".
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri