"Sumqayıt"ın basketbolçusu: "Bakı mənim üçün kiçik Nyu-Yorkdur"
12.02.2025 - 12:58
"Sumqayıt"ın basketbolçusu: "Bakı mənim üçün kiçik Nyu-Yorkdur"

“Sumqayıt”ın basketbolçusu Eli Lourens klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, amerikalı forvard komandanın durumundan danışıb.

O, özünü burda rahat hiss etdiyini bildirib:

“Sumqayıt”ı çox sevdim. Özümü burda ailənin bir üzvü kimi hiss edirəm. Baş məşqçimiz Vadim Kuramşın döyüşkən kollektiv formalaşdırıb. Hər şeydən razıyam və burda olduğuma görə şadam.

Lourens məhsuldarlıq yarışında komanda yoldaşı Zayon Yanqla rəqabətindən də danışıb: “Bizim aramızda heç bir rəqabət yoxdur. Bura basketbol oynamağa və xal qazanmağa gəlmişik. Həm Yanq, həm də mən meydana çıxıb sadəcə öz işimizi görürük. Məqsəd qələbə qazanmaq və “Sumqayıt”ı turnir cədvəlində üst sıralara daşımaqdır. Yanqın bir oyunda məndən çox xal toplamasına qıcıqlanmıram”.

Eli Sumqayıtla Bakını da müqayisə edib: “Sumqayıtı çox bəyənirəm. Hərçənd Bakı ilə bu şəhər arasında müəyyən fərqlər var. Bakı mənim üçün kiçik Nyu-Yorkdur. Bu şəhərdə çox insan yaşayır, daim də tıxacda qalırsan. Sumqayıt daha sakit və daha rahat şəhərdir. Burda həyatdan həzz alıram”.

Lourens komandanın hədəflərindən də danışıb: “Məqsəd pley-offa yüksəlməkdir. Hər halda, turnir cədvəlində heç də pis mövqedə qərarlaşmamışıq. Qarşıda bizi “Gəncə” ilə oyun gözləyir. Mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, “Sumqayıt” B qrupunda 19 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.