“Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Apasport.az xəbər verir ki, bunu “Quba”nın gürcüstanlı basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının XIV turunda qarşılaşacaqları “Sumqayıt”la matça hazırlıqlarla bağlı deyib.
O, bundan öncəki bəzi görüşlərdə şanssızlıq səbəbindən məğlub olduqlarını vurğulayıb:
“Təəssüf ki, son görüşdə də uduzduq. Həmin oyundan sonra da hazırlığı davam etdirmişik. Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqla uduzmuşuq. Təbii ki, daha yaxşı olmaq üçün çalışırıq, bu haqda düşünürük”.
Qoqaladze meydançanın hər qarışı uğrunda mübarizə aparacaqlarını söyləyib:
“Bu gün “Sumqayıt”la qarşılaşacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Sumqayıt”la bu mövsüm ümumi hesabımız 1:1-dir. Ona görə də meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Ümidvaram ki, istəyimiz reallaşar”.
Qeyd edək ki, “Quba” - “Sumqayıt” matçı “Sərhədçi” İdman Mərkəzində, saat 19:00-da başlayacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri