"Hücumda yaxşı oynadıq və 95 xal topladıq".
Apasport.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan Basketbol Liqasının XVI turunda “Abşeron” üzərində qazanılan 98:85 hesablı qələbəni şərh edib:
“Müdafiədə daha etibarlı oynamalıydıq. Rəqibin 80 xal qazanması çoxdur. Düşünürəm ki, rəqiblərə 70 xaldan çox verməməliyik. Bu bizim məqsədimiz olacaq. O zaman ardıcıl qələbələr gələcək. Hücumda yaxşı oynayırıq, çox xal toplayırıq. Hər oyuna qələbə üçün çıxırıq. Əgər ilk üçlükdə olmaq istəyirsənsə, hər oyunda qələbə qazanmaq lazımdır. Bizdə bu potensial var. Basketbolçularım yaxşı oyun göstərirlər. Amma digər komandalar da güclüdür. Bir çoxları güclənib. Qarşıda bizi çətin oyunlar gözləyir. "Naxçıvan"a qarşı oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, NTD A qrupunda sonuncu pillədə qərarlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri