U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
11.06.2025 - 11:27
U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib

 Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 qız basketbol liqalarında final və 3-cü yer uğrunda görüşlər baş tutub.

Apasport.az xəbər verir ki, U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars" klubuna 48-31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" klubu isə "Gəncə" üzərində 29-18 hesablı qələbə ilə liqanın ən güclü 3-cü komandası olub.

U-14 liqasının finalında AAAF klubu 59-22 hesabı ilə "Gəncə"dən güclü olub və çempionluğa sevinib. İEOUGİM-8 komandası 55-26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü pillənin sahibi olub.

U-16 liqasının final görüşündə "AzStars" klubu 74-32 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə AAAF kollektivinə 41-45 hesabı ilə qalib gəlmiş "Gəncə" basketbolçuları olublar.

Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Azərbaycan hakimlər komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.