“Sabah bizi çətin oyun gözləyir. Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir”.
Apasport.az xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdemir deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasında NTD-İNDİQO ilə bürünc medal uğrunda matç öncəsi fikirlərini açıqlayıb: "Qarşılaşmaya 2 oyunçusuz, cəzalı olan Cakori Arçi və Zeyver Bryuersiz çıxacağıq. Rotasiya imkanımız da çox olmayacaq. Amma belə hallarla əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, 3-cü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik. Bu müddətdə basketbolçuları təkrarən oyuna kökləmək çətin işdir. Lakin onlar özləri də ən üst nöqtədə işlərini tamamlamaq istəyirlər”.
Qeyd edək ki, NTD-İNDİQO və “Xırdalan” arasında ilk görüş sabah saat 19:30-da “Sərhədçi” İdman Kompleksində start götürəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri