"Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Quba" ilə matçı (112:103) dəyərləndirib.
"Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hərçənd hər şey biz istəyən kimi getmədi. Doğrudur, oyuna yaxşı başladıq. Xal fərqini 15-ə qədər qaldırmışdıq. Sadəcə sonra yenə kombinasiyalı oyuna üstünlük vermədik. Bu da "Quba"nın bizi yaxalaması ilə nəticələndi. Matçın sonlarında yenindən fərqi artırdıq. Bu gün məhsuldar oynayan Louder, Yanq, Golsona, xüsusilə də tripl-dabl edən Lourensə xüsusi alqış düşür. Biz artıq B qrupunda 4-cü pilləni təmin etdik. İndi pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağımızı gözləyirik. Belə baxanda rəqibin adı bizim üçün önəmli deyil. İstənilən komandaya qarşı döyüşəcəyik".
Qeyd edək ki, "Sumqayıt" mövsümdə 8-ci qələbəsini qazanıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri