Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Görüşün əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri" yekunda 95-70 hesablı önəmli qələbə qazanıb.
Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)
Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri