“Xəzri”nin baş məşqçisi: “İkinci periodda sükanı əldən verdik”
25.04.2024 - 01:10
“Xəzri”nin baş məşqçisi: “İkinci periodda sükanı əldən verdik”

“Təəssüf ki, bü gün çox top itkisi ilə oynadıq. 22 top itkisinə yol verdik. Bu da matça çox təsir göstərdi”.

Apasport.az xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis müntəzəm çempionatın son oyununda “Sabah”a məğlubiyyəti şərh edib: “Burada bütün oyunçular oyuna köklənmədə problem yaşadı. İlk periodda yaxşı mübarizə apardıq. İkinci periodda sükanı əldən verdik. Sonda komandada yenidən eniş müşahidə olundu. Bu qarşılaşmada yerli basketbolçu sarıdan əziyyət çəkdik. Onlar bu gün sadəcə 4 xalla dəstək ola bildilər. Əgər bu cür matçlarda da yerli basketbolçularımız yaxşı oynamasa qalib gəlmək şansı azalır. Bundan sonra komandamız pley-off haqqında düşünəcəyik. Mən klubdakı gələcəyimlə bağlı qərar verə bilməmişəm. Qarşıda Türkiyə səyahətim var və menecerimlə danışıb bəzi məsələləri dəqiqləşdirməyim lazımdır”.

Qeyd edək ki, “Xəzri” “Sabah”a 65:77 hesabı ilə uduzub.

0