Yannisin oynamaq istədiyi futbolçular
07.06.2023 - 01:48
“Miluoki”nin ulduz basketbolçusu Yannis Adetokumbo özünü qapıçı mövqeyində sınamaq istəyir.
Apasport.az-ın məlumatına görə, eyni komandada çıxış etmək istədiyi futbolçuların adını çəkib.
Yannis Adetokumbo zarafatla Messi, Ronaldo və Benzema kimi ulduzların oynadığı komandanın qapıçısı olmağa hazır olduğunu bildirib. O, bu barədə sosial şəbəkədə yazıb: “Divanda oturub, səhifələri nəzərdən keçirirdim: Messi, Kriştiano Ronaldo, Benzema. Növbəti mövsümdə sizə qapıçı lazımdırsa, mənə xəbər edin”.
Qeyd edək ki, Yannis 2021-ci ildə NBA çempionu olub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0