Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 164 komandası yer alıb.
Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.
Aktivində 78,5 xal olan millimiz dünyanın 112-ci komandasıdır. Yığmamız Avropa ölkələri arasında 44-cüdür.
Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək