Yüksək Liqa: “Neftçi” evdə mğlub oldu
12.02.2025 - 21:55
Yüksək Liqa: “Neftçi” evdə mğlub oldu

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X turun matçları davam edir.

Apasport.az xəbər verir ki, günün son oyununda "Neftçi" "Xilasedici" ilə qarşılaşıb.

Gərgin keçən görüşün qalibi 5 setdə bəlli olub.

"Xilasedici" iki dəfə setlərdə geri düşsə də, əzmkarlıq göstərərk, 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Murov Az Terminal” - “Azərreyl” oyunu ilə yekun vurulacaq.

Yüksək Liqa (kişilər)
X tur
12 fevral

19:00. “Neftçi” - “Xilasedici” - 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)