167 santimetrlə tarixə düşdü: Fayzullayevdən DÇ rekordu
18.06.2026 - 12:33
167 santimetrlə tarixə düşdü: Fayzullayevdən DÇ rekordu

Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev DÇ-2026-da tarixə düşüb.

Apasport.az xəbər verir ki, o, Kolumbiya ilə K qrupunun I tur matçında fərqlənməklə dünya çempionatlarında rekorda imza atıb.

Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vuran ən qısa boylu futbolçu olub.

Özbəkistan millisinin üzvünün boyu 167 santimetrdir.

Qeyd edək ki, Fayzullayev Kolumbiyaya 1:3 hesabı ilə uduzduqları görüşdə komandasının yeganə qolunu vurub. DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq.