2030-cu il futbol üzrə Dünya çempionatı tarixdə ilk dəfə 6 ölkənin ev sahibliyi ilə təşkil olunacaq.
Apasport.az xəbər verir ki, mundialın əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin böyük hissəsi məhz bu üç ölkədə keçiriləcək.
Bununla yanaşı, ilk dünya çempionatının 100 illiyi münasibətilə qrup mərhələsinin açılış xarakterli üç oyunu Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. Beləliklə, turnir tarixdə ilk dəfə 3 qitədə - Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək.
Qeyd edək ki, ilk Dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunmuşdu. 2030-cu il mundialı isə həmin turnirin 100 illik yubileyinə təsadüf edəcək.
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB