AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB
13.03.2026 - 01:56
AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, bu gün 8 matç keçirilib.

"Nottinqem Forest" öz meydanında "Midtyullan"la üz-üzə gəlib. Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

"Aston Villa" "Lill"i sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. 

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

12 mart

21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə) 0:1

21:45. "Ştutqart" (Almaniya) – "Porto" (Portuqaliya) 1:2

21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya) 1:1

21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya) 1:0

00:00. "Selta" (İspaniya) – "Lion" (Fransa) 1:1

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Midtyullann" (Danimarka) 0:1

00:00. "Genk (Belçika) – "Frayburq" (Almaniya) 1:0

00:00. "Ferentsvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya) 2:0