Arne Slot: “Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki…”
29.01.2026 - 03:03
Arne Slot: “Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki…”

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) - “Qarabağ” matçının (6:0) ardından ev sahiblərinin baş məşqçisi Arne Slot fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Ardıcıl ikinci ildir ki, Çempionlar Liqasında ən yaxşı 16 komanda arasındayıq. Bir neçə zədəli oyunçumuzun olmasına baxmayaraq, bu mərhələyə birbaşa yüksəlməyimiz vacib idi. Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki, mən Premyer Liqadakı növbəti oyunumuzda “Nyukasl”ın “Qarabağ”dan daha güclü rəqib olacağını gözləyirəm”.