“Arsenal” səfərdən 3 xalla qayıdır
17.08.2025 - 21:37
“Arsenal” səfərdən 3 xalla qayıdır

İngiltərə Premyer Liqasında I tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün turun mərkəzi matçı baş tutub.

"Arsenal" səfərdə "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların minimalhesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu Rikkardo Kalaflyori vurub - 1:0.

İngiltərə Premyer Liqası
I tur
17 avqust

19:30. Mançester Yunayted - Arsenal 0:1