Azərbaycan - Andorra oyunundan əvvəl açıq məşqin vaxtı bəlli oldu
16.04.2026 - 10:36
Azərbaycan - Andorra oyunundan əvvəl açıq məşqin vaxtı bəlli oldu

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, millimizin çalışdırıcısı Siyasət Əsgərov 17:15-də mətbuat önünə çıxacaq.

17 aprel
 
Azərbaycan milli komandası

17:15. Mətbuat konfransı
18:00. Açıq məşq