Azərbaycan üçün avrokuboklar NƏ ZAMAN BAŞLAYIR?
17.05.2026 - 23:49
Azərbaycan üçün avrokuboklar NƏ ZAMAN BAŞLAYIR?

Azərbaycanı 2026/27 illər mövsümündə Avropada təmsil edəcək komandalar bəlli olub.

Apasport.az xəbər verir ki, avrokuboklara vəsiqə qazanan sonuncu komanda "Neftçi" olub.

"Ağ-qaralar" bu gün keçirilən "Sabah"la matçda (2:1) buna nail olub.

Bakı klubu Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək. Komanda yarışa ilk mərhələdən start verəcək.

“Sabah” Çempionlar Liqasının, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

“Turan Tovuz” isə Konfrans Liqasının II təsnifat mərhələsindən turnirə qoşulacaq.

ÇL-də I təsnifat mərhələsinə iyulun 7-də, AL-də  iyulun 9-da start veriləcək.

Konfrans Liqasında isə mübarizə iyulun 9-da başlayacaq. II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də keçiriləcək.