Futbol üzrə 2026-cı il dünya çempionatında Azərbaycan çempionatı üçün tarixi hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Miller dünya çempionatının L qrupunda Qanaya qarşı keçirilən matçda Panama millisinin heyətində iştirak ərizəsində yer alıb.
Bununla da müstəqil Azərbaycan çempionatında çıxış edən futbolçu ilk dəfə dünya çempionatının final mərhələsində milli komandasının heyətində yer alıb.
Miller qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.
Panama millisi L qrupunda İngiltərə, Xorvatiya və Qana ilə mübarizə aparır.
Qeyd edək ki, Roderik Miller 2023-cü ildən “Turan Tovuz”un formasını geyinir.
- Konfrans Liqası: "Zirə"nin potensial rəqiblərinin adına aydınlıq gəldi - YENİLƏNİB
- Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqası: "Beşiktaş" Danimarka nəhənginə rəqib oldu