Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
08.08.2025 - 09:27
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Apasport.az xəbər verir ki, bu həftə ölkə reytinqinə Azərbaycan klublarının avrokuboklardakı nəticələri sayəsində 0,250 xal əlavə olunub.

Hazırda Azərbaycan 19.000 xalla 28-ci pillədə qərarlaşıb. Rusiya 18,299 xalla 29-cu, Ukrayna isə 19.600 xalla 27-ci yerdədir.

Qeyd edək ki, UEFA reytinqinə 94,839 xalla İngiltərə başçılıq edir