"Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
19.02.2025 - 12:56

"Seltik" Çempionlar Liqasının pley-off mərhələsində "Bavariya" ilə üz-üzə gəlib.
"Bavariya" - "Seltik" matçı
Apasport.az xəbər verir ki, münhenlilər matçın son anlarında qol vuraraq oyunun hesabını bərabərləşdirib və ümumi hesabda önə keçib - 3:2.
"Bavariya" ÇL-də ardıcıl neçə dəfə 1/8 finala çıxıb?
Beləliklə, "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Sonuncu dəfə 2007/2008 mövsümündə turnirinin bu mərhələsində Münhen komandası iştirak etməmişdi.
Xatırladaq ki, həmin vaxt “Bavariya” Çempionlar Liqasında oynamamışdı.
"Bavariya"nın 1/8 finalda mümkün rəqibi
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ya "Bayer", ya da "Atletiko" ilə qarşılaşacaq.
- ÇL: “Qarabağ” “Benfika” səfərində - YENİLƏNİR
- Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”
- Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşa bilmədik”
- Dino Ndlovu: “Qarabağ”da hər zaman xarakter var”
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
0
0