“Bavariya”dan növbəti rekord
18.09.2025 - 09:28
“Bavariya”dan növbəti rekord

"Bavariya" Çempionlar Liqası mövsümünə ardıcıl 22-ci dəfə qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, komanda ilk görüşdə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.

"Bavariya" sonuncu dəfə 2002-ci ilin sentyabrında "Deportivo"ya 3:2 hesabı ilə uduzduğu zaman startda qalib gələ bilməyib.

22 ardıcıl qələbə ilə start isə turnirin rekordudur.