Belçika millisində ciddi itki: DOKU DÜŞƏRGƏNİ TƏRK ETDİ
21.06.2026 - 13:23
Belçika millisində ciddi itki: DOKU DÜŞƏRGƏNİ TƏRK ETDİ

Belçika millisinin hücumçusu Jeremi Doku düşərgəni tərk edib.

Apasport.az xəbər verir ki, buna səbəb onun ailə vəziyyətidir. 

İlk övladı dünyaya gələcək futbolçu xanımının doğumunda iştirak etmək istəyib.

O, məşqçilər korpusundan icazə alıb və düşərgədən müvəqqəti olaraq ayrılıb. 

Vinger bu gün keçiriləcək İranla oyunu buraxacaq. Dokunun sıraya nə zaman qayıdacağı isə bəlli deyil.